Ukrayna hərbi kəşfiyyatı Rusiyanın böyük bazarlarını yandırmağa başlayıb? Rusiyanın ən böyük bazarlarında, dekabrın 1-də Moskvadakı “Sadovod” və noyabrın 30-da Rostov-Dondakı ən böyük “Belıy Temer” bazarında, demək olar ki, eyni vaxtda baş verən böyük yanğınlar bizi bu hadisələrin terror hücumları olduğunu düşünməyə vadar edir.
AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Bəs Rusiyada ən irimiqyaslı terror aktlarını kim həyata keçirir? Ukrayna Təhlükəsizlik Xidməti və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi. Böyük bazarlarda demək olar ki, eyni vaxtda yanğınların baş verməsi təsadüf ola bilərmi? Ola bilər. Amma bəlkə də bu, təsadüf deyil. Biz hərtərəfli araşdırma gözləyirik. Ukrayna Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsi əsas şübhəlilər olmalıdır”, – o bildirib.