Xəbər - Samir Əli – Trend:
Yevlax rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
AzerTimes-ın əldə etdiyi məlumata görə, sabiq icra başçısına Şəki Ağır Cinayətlər Məhkəməsində hökmü oxunub.
Məhkəmənin hökmü ilə Q. Səmədov 7 il 3 ay azadlıqdan məhrum edilib.
Q. Səmədov məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, Qoca Səmədov səhhətində yaranan problemlə bağlı azadlığa buraxılmış və ağır ürək əməliyyatı keçirmişdi. Məhkəmənin qərarı ilə onun barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilərək azadlığa buraxılmışdı.
2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Bir müddət öncə onun barəsində olan həbs qətimkan tədbiri səhhəti ilə əlaqədar dəyişdrilib,barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilib.