Qobustanda dəm qazından zəhərlənən 6 nəfər evə buraxılıb

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Qobustanda dəm qazından zəhərlənən 6 nəfər evə buraxılıb.

Bu barədə AzerTimes-a Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseyn deyib. Onun sözlərinə görə, zəhərlənən şəxslər ötən gecə saat 23 radələrində xəstəxanaya daxil olub:


“Altı nəfər ötən gecə xəstəxanaya qəbul olundu. Hər birinə lazımı yardımlar göstərildi. Onlardan üçü azyaşlı idi. Səhər saatlarınadək hər birinə tibbi yardımlar göstərildi, ancaq bir müddət sonra öz istəkləri ilə ambulator müalicəyə yola salındılar. Vəziyyətləri yaxşıdır”.

Teqlər: