Xəbər - Elçin Mehdiyev – Trend:
İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik
edən din xadimlərinin təyin edilməsi səlahiyyəti Qafqaz
Müsəlmanları İdarəsindən alınır.
AzerTimes-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu
gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan “Dini
etiqad azadlığı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, İslam dininə aid ibadət yerlərinə və
ziyarətgahlara rəhbərlik edən din xadimlərin təyinatı səlahiyyəti
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum)
verilir.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq ikinci
oxunuşda qəbul edilib.