Qlobal vaksin istehsalının 60 faizi Hindistanın payına düşür – Səfir

COVID-19 pandemiyası Hindistanın qlobal səhiyyə təchizatı sistemində etibarlı tərəfdaş kimi mövqeyini istehsal, araşdırma və inkişaf, eləcə də innovasiyada güclü üstünlükləri ilə vurğuladı. Hindistan COVID-19 pandemiyası ilə mübarizə zamanı 150-dən çox ölkəyə tibbi və digər yardımlar göstərərək, ‘Dünyanın ‘əczaçısı’ rolunu oynadı. Bu gün Hindistan vaksin üzrə araşdırma və inkişaf sahəsində liderdir və qlobal vaksin istehsalının 60% -i Hindistanın payına düşür.

Trend xəbər verir ki, bunu COVID-19 əleyhinə vaksinin hazırlanması və istehsalında Hindistanın rolu barədə danışan Hindistanın Bakıdakı səfiri B.Vanlalvavna deyib.

Onun sözlərinə görə, pandemiyanın qarşısını almaq və aradan qaldırmaq məqsədilə edilən qlobal səylər artdıqca, ümumdünya immunizasiyanın indiyə qədər hazırlanan ən təsirli və sərfəli səhiyyə tədbirlərindən biri olması məsələsi aktuallıq qazandı. Bu məqsədlə Hindistanda akademiya və sənaye sahələrindən təxminən 30 qrup COVID-19 vaksinin hazırlanması prosesinə cəlb olundu. AstraZeneca-Oxford-Serum İnstitutunun ‘Covishield’ və Bharat Biotech şirkətinin ‘Covaxin’ adlı iki vaksini artıq təcili istifadə üçün səlahiyyət əldə edib və AstraZeneca-Oxford-Serum İnstitutu hazırda dünyanın ən böyük COVID vaksini proqramı üzrə dərman hazırlayır. Əlavə olaraq, ölkə daxilində hazırlanmış 3 vaksin daxil olmaqla, altı vaksin namizədi klinik sınaqlardan keçir.

Hindistan həmçinin öz qonşularına dəstək olmaq üçün müəyyən addımlar atdı. Xarici İşlər Nazirliyi və Biotexnologiya Departamenti, COVID-19 vaksinlərinin qonşu və digər dost ölkələrdə III mərhələ üzrə klinik sınaqlarının asanlaşdırması üçün potensialı gücləndirmək məqsədilə “Klinik tədqiqatların inkişaf etdirilməsi üzrə tərəfdaşlıqlar” (PACT) üzərində işləyirlər. Əfqanıstan, Butan, Banqladeş, Maldiv adaları, Mauritius, Nepal, Şri-Lankadan 100-ə yaxın iştirakçı üçün təxminən 6 sessiyadan ibarət iki təlim modulu uğurla başa çatmışdır. Butan, Maldiv adaları, Banqladeş, Nepal, Myanmar və Seyşel adalarına qrant yardımı adı altlnda vaksin tədarükü 20 yanvar tarixindən başlayır.

Hindistanın vaksin imkanları bir gecədə peyda olmadı. Burada vaksinin hazırlanması 1960-cı illərə təsadüf edir. Vaksin tədqiqatlarının əlaqələndirilməsi və dəstəklənməsi üzrə aparıcı agentlik Hindistan Biotexnologiya Departamenti, akademiya və sənaye sahələrində, həmçinin Hindistanın digər əsas qurumlarında innovasiyaların inkişafına dəstək olan Biotexnologiya Sənayesi Tədqiqat Yardım Şurası bu istiqamətdə doğru töhfələr verdi. Digər tərəfdən, Hindistanın biofarma şirkətləri özlərini standart vaksin istehsalçıları kimi tanıtdılar və bu innovativ özəl sektor şirkətləri bu sektoru bir milyard dollarlıq sənayeyə çevirdilər. Özəl sektorun COVID vaksinlərinin hazırlanması və istehsalına yönəldilmiş sürəti sürətli araşdırma üzrə qərarlar qəbul etmək, tərəfdaşlıqlar qurmaq, potensialı artırmaq və maliyyələşdirmə qabiliyyətlərini nümayiş etdirir.

Bir il ərzində 8,2 milyard doza miqdarında müxtəlif vaksinlər istehsal etmək potensialına sahib olan Hindistanın böyük vaksin istehsalçıları Serum İnstitutu, Bharat Biotech, Panacea Biotech, Sanofis Shanta Biotech, Biological E, Hester Bioscience və Zydus Cadila, önümüzdəki aylarda və illərdə pandemiya ilə mübarizədə həlledici rol oynayacaq. Bu böyük biofarma şirkətləri əhəmiyyətli dərəcədə araşdırma və inkişaf təcrübəsinə sahibdir və dünyada geniş əlaqələri var, eləcə də bir sıra yeni vaksinlər, modifikasiya edilmiş vaksinlər və patentlərin əldə olunması üzrə müstəsna nəaliyyət qazanıblar. Onlar miqyas və iqtisadiyyat baxımından qlobal vaksin bazarında vaksinlərin mövcudluğunu yaxşılaşdıraraq əhəmiyyətli dərəcədə təsir göstərəcək və istehlakçı üçün qiymətləri aşağı salacaqlar.


Hindistan, həmçinin geniş təcrübəsi sayəsində iqlim və ərazinin yaratdığı çətinliklərin öhdəsindən gəldiyi üçün vaksinin effektiv çatdırılması logistikasında lider olaraq bir çox təklifə sahibdir. Ölkədə vaksinlərin istehsalı və tədarükü sürətləndikcə bütün tədarük xətti Elektron Vaksin Kəşfiyyat Şəbəkəsi (eVIN) vasitəsilə rəqəmsallaşdırıldı və COVID-19 vaksinin yayılması rəqəmsal Covid-19 Peyvənd Kəşfiyyat Şəbəkəsi (Co-WIN) vasitəsilə izlənilir və bu şəbəkə planlaşdırma, həyata keçirmə, izləmə və qiymətləndirmə üçün istifadə ediləcəkdir.

Hindistan biyofarmakologiya və vaksin sahələrində sahib olduğu güclü cəhətlərinə görə, pandemiyaya qarşı mübarizədə transmilli səylərin əsas mərkəzlərindən biridir. Ölkə, 18 yanvar tarixində “Hindistanda hazırlanan” vaksinləri COVID-19 pandemiyasına qarşı mübarizə üçün beynəlxalq ictimaiyyətə təqdim edəcək və Hindistanın daxili vaksinləmə cəhdlərinin başlanğıcında Hindistanın Baş naziri tərəfindən bildirildiyi kimi, “Biz Hindistan vaksinlərinin, istehsal gücümüzün, bütün bəşəriyyətin maraqlarına xidmət etməsi fikrinə sadiqik”.

Teqlər: