Qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının yüksəlişi Prezident İlham Əliyevin səmərəli siyasətinin nəticəsidir

Aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin
birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. İclasda
dövlət başçısı qeyd edib ki, birinci rübdə Azərbaycanda ümumi
daxili məhsul 6,8 faiz artıb, üç ay ərzində xarici ticarət
dövriyyəsinin müsbət saldosu 5 milyard dolları ötüb və bir il
ərzində xarici borcu 600 milyon dollardan çox azaltmağa mümkün
olub.

Rusiya İqtisadiyyat Məktəbinin direktor müavini, Azərbaycan
İqtisad Universitetinin professoru Elşad Məmmədov AzerTimes-a deyib ki,
Azərbaycanda qeydə alınan müsbət iqtisadi göstəricilər əsasən
səmərəli sosial inkişaf siyasətinin nəticəsidir.

Ekspertin fikrincə, irimiqyaslı sosial layihələrin həyata
keçirilməsi daxili bazarın ödəmə qabiliyyətini xeyli dərəcədə təmin
etməyə imkan verib.

Onun sözlərinə görə, xüsusi karantin rejimi dövründə bu,
Azərbaycanda sosial-iqtisadi siyasətin həyata keçirilməsi
baxımından son dərəcə vacib olub.

“Sosial xərclərin artması iqtisadi komponentdə müsbət tendensiya
formalaşdırır və daxili bazarı, iqtisadi artımı və istehsalın
artımını dəstəkləmək üçün bir vasitədir. Bundan əlavə, əhalinin
alıcılıq qabiliyyətinin artması həmişə iqtisadi artım üçün
stimuldur. Hesab edirəm ki, səmərəli sosial tədbirlər Azərbaycan
iqtisadiyyatında müsbət tendensiyalara nail olmağa imkan verib”, –
deyə E.Məmmədov bildirib.

O, həmçinin qeyd edib ki, əhalinin sosial müdafiəsi sahəsində
müsbət nəticələrin əldə edilməsi müvafiq dövlət strukturlarının
səmərəli fəaliyyəti nəticəsində mümkün olub:

“Şəffaflığa nail olmaq və korrupsiyaya qarşı mübarizə sosial
xərclər üçün vəsaiti azad etməyə imkan yaradır. Eyni zamanda,
sosial xərclərin artması Azərbaycanda iqtisadi artımı və işgüzar
fəallığı stimullaşdırır. Eyni zamanda, hesab edirəm ki, dünya
enerji bazarındakı əlverişli vəziyyət Azərbaycan iqtisadiyyatının
gücünü artırmağa imkan verib. Azərbaycanın xarici ticarət
balansının 5 milyard dollara yaxın müsbət saldosu ölkəmizin
iqtisadiyyatının miqyası üçün mühüm göstəricidir və onun valyuta
siyasətini stabil idarə etməyə imkan verir. Yuxarıda
göstərilənlərin hamısı xarici amillərdən asılılığın aradan
qaldırılması baxımından öz rolunu oynayıb. Azərbaycanın xarici
borcunun təxminən 600 milyon dollar azaldığını görürük ki, bu da öz
növbəsində daxili iqtisadiyyatın xarici amillərdən asılılığının
azaldılmasında müsbət nəticələrin əldə olunmasından xəbər
verir”.

İqtisadiyyat üzrə fəlsəfə doktoru İlqar Vəlizadənin qeyd edib
ki, Azərbaycan bu gün müxtəlif neqativ təsirlərin altında dünyanın
getdikcə daha çox ölkəsinin yaşadığı makroiqtisadi çağırışlara
hazırdır:

“Burada pandemiyanın davam edən nəticələrinin təsirindən,
tədarük zəncirinin pozulmasından, qlobal iqtisadiyyatın müxtəlif
sektorlarında böhrandan, Rusiya-Ukrayna münaqişəsindən danışmağa
dəyər. Qlobal iqtisadiyyat da Ukraynadakı hərbi əməliyyatların
nəticələrini yaşayır. Bu şəraitdə yalnız effektiv makroiqtisadi
tənzimləmə mexanizminə malik olan və davranış xəttini düzgün
müəyyən edə bilən dövlətlər qalib olur. Ölkəmiz isə bu çağırışları
ləyaqətlə qəbul edən azsaylı dövlətlər sırasında olub”, – deyə
İ.Vəlizadə bildirib.

O qeyd edib ki, Azərbaycan iqtisadiyyatının inkişafına töhfə
verən bir sıra makroiqtisadi amillərə diqqət yetirmək lazımdır:

“Xüsusilə, dünya bazarlarında enerji daşıyıcılarının
qiymətlərində nəzərəçarpacaq artımı qeyd etmək lazımdır.
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosunun mühüm
hissəsi ölkəmizin ixrac etdiyi enerji daşıyıcıların payına düşür.
Azərbaycanda qeyri-neft sektorunun ixrac potensialı da artır.
Bildiyiniz kimi, son illər ölkəmizdə bu sahə fəal inkişaf edir və
2021-ci ildə qeyri-neft məhsullarının ixracının ümumi həcmi 2,7
milyard manat təşkil edib. Bundan əlavə, Azərbaycanda bir sıra
sahələrdə idxalın əvəzlənməsi üzrə işlər aparılır. Əlavə dəyəri
yüksək olan məhsulların payına da diqqət yetirməlisiniz. Bundan
əlavə, Azərbaycanda bir sıra sahələrdə idxalın əvəzlənməsi üzrə
işlər aparılır. Əlavə dəyəri yüksək olan məhsulların payına da
diqqət yetirməlisiniz. Bu baxımdan, Azərbaycanda əvvəlki illərdə
kənd təsərrüfatı məhsulları nəzərəçarpacaq dərəcədə fərqlənirdisə,
son vaxtlar kimya məhsullarının payının artdığını müşahidə
edirik”.

İ.Vəlizadə onu da bildirib ki, Rusiya və Belarusdan mineral
gübrələrin tədarükünün azalması fonunda qlobal miqyasda böhran
yaşanır:

“Ölkəmizdə mineral gübrələrin, xüsusən də karbamid gübrələrinin
öz istehsalı var və bu gübrələr uğurla xarici bazarlara çıxarılır.
Yaxın illərdə Azərbaycan ən azı öz regionunda ən böyük mineral
gübrə ixracatçılarından birinə çevrilə bilər. Bundan əlavə, son
illər Azərbaycana investisiyalar qoyulub və bu gün iqtisadiyyatı
şaxələndirən bir çox müəssisələr istifadəyə verilib. Azərbaycanda
qeyri-neft sənayesinin inkişafı üçün əlavə imkan yaradan işğaldan
azad edilmiş ərazilərin potensialını da qeyd etmək istəyirəm.
Aparılan genişmiqyaslı bərpa işləri ilə əlaqədar olaraq yaxın
illərdə bu ərazilərin qeyri-neft məhsullarının istehsalında xüsusi
çəkisinin durmadan artacağını gözləmək olar”.

Teqlər: