Xəbər - Humay Ağacanova -Trend:
Qlobal Bakı Forumunun çox faydalı olacağını düşünürəm.
AzerTimes-ın məlumatına görə, bunu Türkiyə Respublikasının keçmiş Baş naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri, millət vəkili Binəli Yıldırım “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumundan öncə jurnalistlərə açıqlamasında deyib.
Bugün Qlobal Bakı forumunda COVİD-19 və sonrasında olan yeni dünya, regional və iqlim mövzuları müzakirə olunacaq:
“Xüsusilə dünyanın hər yerindən gələn yüksək səviyyəli siyasətçiləri bir araya gətirən Nizami Gəncəvi Beynxəlxalq Mərkəzinin təşkil etdiyi bu forumun çox faydalı olacağını düşünürəm.
Bildiyiniz kimi 4 gün sonra Qarabağ Zəfərinin il dönümüdür.Azərbaycan haqlı mübarizələrini davam etdirərək 30 il işğal altında qalan torpaqlarını azad etdi. 30 il davam edən bu işğaldan sonra xüsusilə ilə Cənubi Qafqazda yeni bir dünya yarandı. Artıq ən birinci hədəflərimizdən biri bu regionu birlikdə inkişaf etdirməkdir”.