Qlobal Bakı Forumunda iştirak edən bir qrup nümayəndə Şuşaya yola düşüb

“COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunda iştirak edənlərdən bir qrup nümayəndə heyətinin Şuşa şəhərinə səfəri təşkil olunub.

AzerTimes-ın məlumatına görə, Füzuli Beynəlxalq Hava Limanına ilə gedən nümayəndə heyəti oradan avtobuslarla Şuşaya yola düşüb.

Şuşaya səfər çərçivəsində qonaqlar tarixi, mədəni və dini abidələrə ziyarət edəcək, Şuşada aparılan bərpa-yenidənqurma işləri ilə tanış olacaqlar.

Qeyd edək ki, 4-6 noyabr tarixində Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu keçirilib.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak ediblər.

Teqlər: