Qlobal Bakı Forumu çərçivəsində doqquzuncu panel iclası keçirilir (FOTO)

Noyabrın 6-da VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qərbi Balkanların qiymətləndirilməsi: İrəliyə doğru yol” mövzusunda doqquzuncu panel iclası keçirilir.

AzerTimes xəbər verir ki, Bosniya və Herseqovinanın sabiq Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Zlatko Laqumciyanın moderatorluğu ilə keçən iclasda Qərbi Balkan ölkələrində gedən siyasi proseslər, region ölkələrini gözləyən imkanlar və təhdidlər müzakirə edilir.

Panel iclasda Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviç, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Çex Respublikasının sabiq Baş naziri Jan Fişer, Amerika Xarici Əlaqələr üzrə Milli Komitəsinin prezidenti Susan Elliott çıxış ediblər.

Panel iclası müzakirələrlə davam edir.

Teqlər: