Pakistanın Mastunq şəhərində qızlar məktəbinin yanında park edilmiş motosikletdəki əldəqayırma qurğu partladılıb.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Hadisə nəticəsində beşi məktəbli qız olmaqla, azı 7 nəfər ölüb, 23 nəfər yaralanıb. Ölənlərin arasında bir polis əməkdaşı da var.
Qeyd edək ki, partlayışa görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.