Qızını ev almaq üçün satmağa çalışdı, həbs olundu

Qızını ev almaq üçün satmağa çalışdı, həbs olundu

Özbəkistanda məhkəmə 13 yaşlı qızını mənzil almaq üçün 25 min dollara satmağa cəhd edən yerli qadını 5 il 2 ay müddətinə həbsə məhkum edib.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 41 yaşlı Kaşkədərya rayon sakini işlədiyi Səmərqənddə mənzil almaq üçün 3 övladından birini – 13 yaşlı qızı satmaq qərarına gəlib. Qadın 25 min dollara qızını satarkən polis tərəfindən cinayət başında yaxalanıb.

Qadın həbs edildikdən sonra hər 3 uşaq dövlət himayəsinə götürülüb.

Teqlər: