Qızım mənə zəng vurdu ki, ana, Maqsud qızılları götürüb qaçıb – Məhkəmədə şahid

Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq
Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə
məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, prosesdə ifadə verən hakim bildirib
ki, bəzi zərərçəkmiş və şahidlər məhkəmə prosesinə gəlməkdən imtina
edir. Həmin şəxslər məhkəmə orqanlarından ehtiyat edir.

Hakim bildirib ki, prosesə gəlmək istəməyənlər əvvəlcədən bu
barədə məhkəməyə məlumat verməlidir.

Daha sonra məhkəmədə ifadə verən zərərçəkmiş Xalidə Hüseynova
bildirib ki, Lombarddan qızıl girov qoymaqla pul götürüb.

“Pulu qaytarandan sonra qızılını vermədilər. Bir müddət keçəndən
sonra qızılı aldım. Bilirdim ki, Maqsud oranın sahibidir. Amma mən
nə pul alanda nə qızıl verəndə Maqsudu görməmişəm. Mən pulu
Mədinəyə vermişəm, qızıllarımı da ondan almışam”,-deyə zərərçəkmiş
bildirib.

Digər zərərçəkmiş Hicran Məmmədova isə bildirib ki, Maqsud
zmahmudovla bağlı hazırda heç bir şikayətim yoxdur: “Ona görə də
məhkəməyə gəlmirdim. 750 əyarlı qızıl üzük, 14 qramlıq qızıl
boyunbağı qoyub 600 manat götürmüşəm. Pulu vaxtında ödəmişəm. Pulu
ödəyəndən sonra qızıllarımı ala bilmədim.

Qızım mənə zəng vurdu ki, ana, Maqsud qızılları götürüb qaçıb.
Gəldim ki, hamı yığılıb, qızılını istəyir. Mən də şikayət etdim.
Polisə şikayət etdim, 2 aydan sonra qızıllarımı aldım”.

Zərərçəkmiş Şövkət Əliyeva da Maqsud Mahmudovdan şikayətçi
olmadığını deyib.

Teqlər: