Qızılcanın yayılmasında azalma var.
AzerTimes xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
“Valideynlər övladlarını düzgün qaydada peyvəndləməlidir ki, bir daha belə hallar yaşanmasın. Hazırda bütün məktəblərin distant təhsilə keçməsi düşünülmür. Böyük qapanmalar olacağı ehtimal edilmir.
Ola bilər ki, yenə də ayrı-ayrı məktəblərdə və ya siniflərdə o hallar olsun. Hələlik bilirsiniz ki, bir məktəbdə belə hal olub. Hələlik riskli hallar müşahidə olunmur”, – nazir bildirib.