“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının qalibi müəyyənləşib.
AzerTimes-ın məlumatına görə, bu mükafata İspaniya “Real Madrid”inin hücumçusu Kərim Benzema layiq görülüb.
Fransalı forvard karyerası ərzində ilk dəfə sözügedən titula sahib çıxıb.
35 yaşlı futbolçuya mükafatı həmyerlisi, Fransa millisinin əfsanəvi yarımmüdafiəçisi Zinəddin Zidan təqdim edib.
Qeyd edək ki, Kərim Benzema ötən mövsüm “kral klubu” ilə İspaniya çempionu və Çempionlar Liqasının (ÇL) qalibi olub. Madrid təmsilçisi cari mövsümün əvvəlində isə UEFA Super Kubokunu qazanıb.
Bundan başqa, təcrübəli forvard ötən mövsüm İspaniya La Liqasında 32 oyuna 27 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. O, ÇL-də isə 15 qol vurub, 2 məhsuldar ötürmə edib.