“Qızıl top” mükafatı öz hörmətini itirir.
AzerTimes xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun portuqaliyalı ulduzu Kristiano Ronaldo deyib.
“Ən yaxşı oyunçunu seçmək üçün bütün mövsümü təhlil etmək lazımdır. Mən artıq bu mükafatlara inanmıram və ona görə yox ki, “Globe Soccer Avards”ı qazanmışam. Bu, faktdır, ortada rəqəmlər var və onlar aldatmır”, – Ronaldo bildirib.
Qeyd edək ki, Kristiano Ronaldo 2023-cü ildə ümumilikdə 54 qol vurub. Futbolçunun özü 5 qat “Qızıl top” mükafatçısıdır.