Gürcüstanda polis oğru dünyası ilə əlaqədə olduqlarına görə 7 nəfəri saxlayıb, xaricdə olan daha iki nəfər barəsində isə qiyabi ittiham irəli sürülüb.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
İstintaq müəyyən edib ki, iki müttəhim Türkiyədə qızıl sikkə satışı üçün müştəri tapıb. Sonradan məlum olub ki, sikkələr saxtadır. Saxta sikkələrə ödənilən pulu qaytarmaq üçün aldadılan alıcı qanuni oğru Mindia Lavasoğluna müraciət edib.
Tərəflər arasında yaranan maliyyə mübahisəsini həll etmək üçün təqsirləndirilən şəxslər həm Türkiyədə, həm də Gürcüstanda “razborka” təşkil ediblər. Orada qanuni oğru – Mindia Lavasoğlu, Ceyran Kintsuraşvili və Zviad Papiaşvili iştirak ediblər.
Faktla bağlı “Oğrular aləminə üzv olmaq”, “Oğrular aləminə dəstək”, o cümlədən “Qanuni oğrulara kömək üçün müraciət” maddələri ilə araşdırma aparılır. Təqsirləndirilən şəxsləri üç ildən on ilədək həbs gözləyir.