Xəbər - Samir Əli – Trend:
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bərdə Rayon Bölməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi araşdırmalara başlanıb.
AzerTimes-ın əldə etdiyi məlumata görə, hazırda idarə əməkdaşları tərəfindən cəmiyyətdə araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-ın sorğusuna cavab olaraq bildirilib ki, ictimaiyyətə daha sonra bununla bağlı ətraflı məlumat veriləcək.