Xəbər - Elnur Bağışov – Trend:
İran və Azərbaycan sərhədində Araz çayı üzərində Qız Qalası su bəndində iki ədəd Su Elektrik Stansiyası inşa olunacaq.
Bunu İranın Bunu AzerTimes-a açıqlamasında İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayəti regional su şirkətinin direktoru Yusif Qaffarzadə deyib.
Y.Qaffarzadənin sözlərinə görə, bu stansiyaların hər birinin elektrik istehsalı potensialı 40 meqavat/saat olacaq. Bu stansiyaların inşa edilməsi haqda araşdırmalar aparılır.
Qaffarzadə əlavə edib ki, Qız Qalası su bəndi Xudafərin su bəndindən 12 km aşağı hissədə yerləşir. Bu su bəndinin 62 milyon kubmetr su tutumu var.
Şirkət rəsmisi bildirib ki, bu su bəndi ildə 2 milyard kubmetr (1 milyard kubmetr Azərbaycan, 1 milyard kubmetr İran üçün) suyu tənzimləyəcək.
Qeyd edək ki, 31 mayda Qız Qalası su bəndinə su vurulmağa başlanıb. Bu su bəndinə 5,5 trilyon rial (təxminən 131 milyon dollar) dəyərində vəsait xərclənib. İran tərəfi bildirir ki, bu su bəndi vasitəsi ilə İranın Şərqi Azərbaycan və Ərdəbil vilayətlərində 74 min hektar ərazi su ilə təmin olunacaq və 85 min nəfərin işlə təmin olunması ilə nəticələnəcək.