Qiymət artımı ticarət əlavələri hesabına sabitləşdiriləcək – SƏRƏNCAM

Əsas ərzaq məhsullarının qiymət artımının bazar iqtisadiyyatına
uyğun qaydalarla – ticarət əlavələri hesabına sabitləşdirilməsi ilə
bağlı İqtisadiyyat Nazirliyinə tapşırıq verilib.

Trend xəbər verir ki, bu, Baş nazir Əli
Əsədovun bu gün imzaladığı “Azərbaycan Respublikasında
antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı
təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamda əksini tapıb.

Sərəncamda deyilir ki, əhalinin həssas qruplarının sosial
müdafiəsinin gücləndirilməsi məqsədilə minimum istehlak səbətinin
tərkibində əsas ərzaq məhsulları üzrə qiymət artımının ticarət
əlavələri hesabına sabitləşdirilməsinə dair təkliflər on beş gün
müddətində Nazirlər Kabinetinə təqdim olunmalıdır.

Teqlər: