Kollektiv Qərbin fikrinə baxmadan Azərbaycanla Rusiya arasında əməkdaşlığı gücləndirmək lazımdır.
AzerTimes xəbər verir ki, bunu rusiyalı iqtisadçı ekspert Stanislav Tkaçenko deyib.
“Dövlətlərimizin enerji nəhənglərinə həm Rusiyada, həm Azərbaycanda, həm də digər dövlətlərin ərazisində qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyi məsləhət görərdim. Vaşinqtondan, Londondan və ya Parisdən gələn qışqırıqlara əhəmiyyət verməyin”, – o bildirib.