“Qisas” nəticəsində ağır itkilər vermiş təxribatçılar silahları yerə qoydu

“Qisas” nəticəsində ağır itkilər vermiş təxribatçılar silahları yerə qoydu

Azərbaycanın Qarabağ bölgəsində özünü separatçıların və qanunsuz silahlı dəstələrin başçısı hesab edən Araik Arutyunyanın qismən səfərbərlik barədə verdiyi “əmr”in icrası dayandırılıb.

AzerTimes xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Bildirili ki, A.Arutunyan bu gün səfərbərlik barədə imzalamış “fərman”ın icrasını ləğv edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun avqustun 3-dəkeçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb.

Teqlər: