Qısamüddətli notların yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib

İyulun 28-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50102790S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AzerTimes-a bildirilib ki, hərrac zamanı 20 investor tərəfindən qiyməti 99.5543 AZN (5.76 faiz) olan 24 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 954 milyon 418 min 600 manat olub. AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti isə 99.5543 AZN (5.76 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon manat təşkil edib.

Notlar avqustun 25-də ödəniləcək.

Teqlər: