Avropada 2023-2024-cü illər mövsümünün qış fasiləsində transferlərə ən çox pul xərcləyən komandalar məlum olub.
AzerTimes xəbər verir ki, siyahının ilk pilləsində Fransa “Lion”u klubu qərarlaşıb. Klub yeni oyunçuların alınmasına 50,13 milyon avro xərcləyib. Liqa 1 təmsilçisi bu məbləği 8 futbolçu üçün ödəyib.
Hazırda ölkə çempionatında 16 xalla 16-cı sırada yer alan “Lion”un ən bahalı transferi isə İspaniyanın “Barselona” komandasından cəlb olunan Vitor Rokedir. Klub bu keçid üçün 40 milyon avro xərcə düşüb.
Bu mövsüm qış transferlərinə ən çox pul xərcləyən komandalar
1.“Lion” (Fransa) – 50,13 milyon avro
2. “Barselona” (İspaniya) – 40 milyon avro
3. PSJ (Fransa) – 40 milyon avro
4. “Bavariya” (Almaniya) – 30 milyon avro
5. “Kristal Pelas” (İngiltərə) – 29,1 milyon avro
6. “Renn” (Fransa) – 26,5 milyon avro
7. “Tottenhem” (İngiltərə) – 25 milyon avro
8. “Leyptsiq” (Almaniya) – 24 milyon avro
9. “Marsel” (Fransa) – 22 milyon avro
10.“Napoli” (İtaliya) – 21 milyon avro.