Rusiya ilə bütün “qırmızı xətlər”dən imtina etmək lazımdır.
AzerTimes xəbər verir ki, bunu Danimarka Baş naziri Mette Frederiksen deyib.
O bildirib ki, Kreml ən vacib “qırmızı xətti” artıq 2022-ci ilin fevralında keçib:
“Müttəfiqlər Ukraynaya Rusiya ərazisinin dərinliyinə zərbələr endirmək üçün Qərb silahlarından istifadə etməyə icazə verməlidirlər. Kiyev üçün bu cür məhdudiyyətlərin aradan qaldırılması münaqişənin genişlənməsinə gətirib çıxarmayacaq”.