Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri diversiya və terrorçuluq fəaliyyətlərinə görə Azərbaycanda saxlanılan erməni silahlılara baş çəkiblər.
AzerTimes xəbər verir ki, bunu BQXK-nin Ermənistandakı nümayəndəliyinin kommunikasiya proqramının rəhbəri Zara Amatuni deyib.
“Ümid edirik ki, artıq qurulmuş təcrübə və tezliyə uyğun olaraq səfərlərin mümkünlüyü davam edəcək”, – Amatuni bildirib.