Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Mariupoldakı “Azovstal” zavodundan ukraynalı müdafiəçilərin təxliyəsi zamanı 1800-ə yaxın hərbçinin şəxsi məlumatlarını sənədləşdirib.
AzerTimes xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin baş direktoru Robert Mardini məlumat verib.
O bildirib ki, təşkilatda hərbi əsirlərin ümumi sayı barədə dəqiq məlumat yoxdur.
Mardini qeyd edib ki, ukraynalı hərbi əsirlər rusların əlinə keçəndən sonra BQXK onların təhlükəsizliyinə təminat verə bilməz:
“Çünki belə zəmanətlərin verilməsi bizim imkanlarımız xaricindədir”.