Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların davamlı məlumatlandırılmasını həyata keçirir.
AYNA-dan AzerTimes-a bildirilib ki, bu təşəbbüs daşıyıcılara səfərlərini planlayan zaman gömrük postundakı mövcud vəziyyətə uyğun addım atmağa imkan yaradır.
Hazırda gömrük-sərhəd məntəqələrində gözləmədə olan yük maşınlarının sayı aşağıdakı kimidir: “Astara” gömrük postunda 23, “Biləsuvar” gömrük postunda 35, “Qırmızı Körpü” gömrük postunda 400, “Mazımqara” gömrük postunda 5, “Samur” gömrük postunda 15 yük maşını mövcuddur. “Xanoba” gömrük postunda isə hazırda növbə yoxdur.
Qeyd edək ki, bu məlumatların daşıyıcılara təqdim edilməsi yükdaşımalarının səmərəliliyini artırmağa və gözləmə vaxtlarını azaltmağa kömək edir.