“Apple” şirkəti al-qırmızı rəngdə “iPhone 7”, “iPhone 7” Plus, yeni video proqram və “iPad”ı satışa buraxıb.
Bu barədə BBC məlumat yayıb.
Yeni smartfonların qiyməti təqribən 1000 və 1200 dollar təşkil edəcək. Yeni iPad-ın satışları martın 24-də başlayacaq.
Beləliklə, şirkət bununla QİÇS-lə mübarizə çərçivəsində RED proqramı ilə əməkdaşlığının 10 illiyini qeyd edir.
Xüsusi seriya ilə buraxılan bu smartfonların satışından əldə olunan gəlir QİÇS-lə mübarizə aparan Qlobal Fonda təqdim ediləcək.
QİÇS-lə mübarizə aparan RED layihəsi U2 Bono qrupunun solisti tərəfindən yaradılıb. Şirkətin məlumatına görə, RED məhsullarının satılması nəticəsində 130 milyon dollar xeyriyyə vəsaiti toplanıb.