Qırmızı dənizdə Norveç və Hindistan bayrağı altında üzən iki neft tankerinə hücum edilib.
AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığının bəyanatında bildirilib.
Məlumata görə, hücum husilər tərəfindən həyata keçirilib və bu, ümumilikdə oktyabrın 17-dən bəri 15-ci hücumdur.
Tələfat barədə məlumat verilməyib.