Qırıcıları Kiyevə müharibədən sonra verəcəyik

Qırıcıları Kiyevə müharibədən sonra verəcəyik

Böyük Britaniyanın Ukraynaya qırıcı təyyarələri sürətli çatdırması mümkün olmayacaq.

AzerTimes xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.

“Düzünü desək, kiminsə Ukraynaya döyüş təyyarələri verməsi çox vaxt aparacaq”, – o bildirib.

Uollesin sözlərinə görə, “Eurofighter” kimi müasir təyyarələr Ukraynaya ancaq müharibədən sonra çatdırılacaq:

“Bu, Qərb tərəfdaşları arasında konsensusdur”.

Teqlər: