Qırğızıstanda yeni Konstitusiya layihəsi ilə bağlı referendumda seçici fəallığı 36,75 faiz təşkil edib.
AzerTimes-ın məlumatına görə, bu barədə brifinqdə Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurjan Şayldabekova bildirib.
Onun sözlərinə görə, qutuların 96,34 faiz məlumatların hesablanmasının nəticələrinə görə, 1 325 254 nəfər və ya 36,75 faiz referendumda səs verib:
“Bunlardan səs verənlərin 79,25 faizi yeni Konstitusiya layihəsini dəstəkləyib, 13,69 faizi əleyhinə olub”.