Qırğızıstanın sabiq baş naziri həbs olunub

Xəbər - Orxan Nəbiyev – Trend:

Qırğızıstanın sabiq baş naziri Omurbek Babanov korrupsiya ittihamı ilə həbs olunub.

AzerTimes-ın məlumatına görə, Bişkek şəhərində məhkəmə sabiq nazir barədə 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Qeyd olunur ki, O.Babanov “Kumtor” qızıl yatağının işlənməsi layihəsinin reallaşdırılması zamanı korrupsiyada təqsirli bilinir.


O, mayın 31-də xüsusi xidmət əməkdaşları tərəfindən saxlanmışdı.