Qırğızıstan prezidenti Sadır Japarovun Fərmanı ilə Kayrat Osmanaliyev bu ölkənin Azərbaycandakı səfiri təyin edilib.
Trend Qırğızıstan prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Kayrat Osmanaliyev 2016-cı ildən Qırğızıstanda Seçkilər və referendumlar üzrə mərkəzi komissiyanın üzvü olub.
Bundan başqa o, Qırğızıstan Xarici işlər nazirliyinin Diplomatik Akademiyasının prorektoru işləyib.