Qırğızıstanın baş nazirinin müavini Edil Baysalov ABŞ nümayəndəsini ölkə barədə səsləndirdiyi fikirlərə görə kəskin tənqid edib.
AzerTimes xəbər verir ki, bu barədə “Segodnya.kz” məlumat yayıb.
Məlumata görə, Bişkekdə beynəlxalq təşkilatların nümayəndələri ilə keçirilən görüş zamanı ABŞ nümayəndə heyətinin üzvü Qırğızıstanda uşaqların müdafiəsi ilə bağlı problemlərdən danışıb.
Onun bu çıxışına baş nazirin müavini kifayət qədər kəskin şəkildə cavab verib:
“Özünüzə baxın və başqalarına dərs vermək vərdişindən əl çəkin. Bu ölkə uşaqlarımızı necə qorumaq barədə bizə mühazirə oxuyacaq? Ölkəmizin tövsiyələrə ehtiyacı yoxdur, burada ABŞ-da olduğu kimi uşaqlar hər həftə məktəblərdə güllələnmir. Bu yaxınlarda bir amerikalı Erika ölkəyə gəlib. O mənim ölkəm və burada necə pis və axmaq olduğumuz haqqında mənə dərs deməyə çalışdı. Niyə öz demokratiyalarının qayğısına qalmırlar?”