Qırğızıstanda zəlzələ baş verdi

Qırğızıstanda zəlzələ baş verdi

Qırğızıstanın cənubunda 4 bal gücündə zəlzələ baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Respublika Seysmologiya İnstitutu məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 12.44-də baş verib. 4 bal gücündə olan zəlzələnin episentri Qırğızıstan ərazisində, Qızıl Kapçıqay kəndindən 6 kilometr aralıda yerləşib.

Zəlzələ nəticəsində tələfat və dağıntı olmayıb.

Teqlər: