Qırğızıstanın Cəlalabad vilayətinin Suzak rayonunda “Porter” markalı yük maşını kütləvi tədbir zamanı 29 uşağı vurub.
AzerTimes xəbər verir ki, məlumatı Qırğızıstan Səhiyyə Nazirliyi yayıb.
Uşaqların 9-16 yaş arasında olduğu bildirilib.
Məlumata görə, 18 uşaq xəstəxanaya yerləşdirilib. Onlardan 7-si reanimasiyadadır, 3-nün vəziyyəti ağırdır. 11 nəfər tibbi müayinədən keçdikdən sonra ambulator müalicəyə buraxılıb.