Qırğızıstanın Nookat bölgəsində sel nəticəsində azı 5 nəfər ölüb.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat verib.
“Nookat rayonunda leysan yağışlarının səbəb olduğu sel nəticəsində azı 5 nəfər ölüb”, – deyə idarənin nümayəndəsi bildirib.
Qeyd olunur ki, ölən və yaralananların sayı ilə bağlı məlumatlar dəqiqləşdirilir.