Qırğızıstanda parlament seçkilərinin tarixi açıqlanıb.
AzerTimes-ın “24KG”saytına istinadən verdiyi məlumata görə, bu barədə prezidentin mətbuat xidməti xəbər yayıb.
Bildirilir ki, ölkə prezidenti Sadır Japarov “Joqorku Keneş (Ali Şura) deputatlarının seçkilərinin təyin edilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən 28 noyabr 2021-ci ildə Joqorku Keneşin yeni çağırışının millət vəkillərinin seçkilər günü təyin edilir.