Qırğızıstan prezidenti Sadır Japarov bu gün “Qırğızıstan Nazirlər Kabineti haqqında” fərman imzaladı.
AzerTimes-ın “Kabar”-a istinadən verdiyi məlumata görə, bu barədə Prezident Administrasiyasının informasiya siyasəti şöbəsi xəbər verib.
11 aprel 2021-ci il tarixli referendumla qəbul edilmiş konstitusiya ilə prezident idarəetmə forması, icra, qanunverici və məhkəmə orqanlarının formalaşması üçün yeni qaydası müəyyən olunur.
Fərmana əsasən, dövlət başçısı Qırğızıstan Respublikası hökumətinin istefa etdiyini nəzərə alaraq və “Qırğızıstan Konstitusiyası haqqında” 5 May 2021-ci il tarixli 59 saylı Qanununun 4-cü maddəsini rəhbər tutaraq ölkə hökumətini Qırğızıstan Nazirlər Kabinetinə ilə əvəz olunması barədə qərar verib.
Həmçinin Qırğızıstan Nazirlər Kabinetini Qırğızıstan hökumətinin varisi hesab olunacaq.