Qırğızıstanda sentyabrın 19-da matəm elan olunub.
AzerTimes xəbər verir ki, bununla bağlı Qırğızıstan Prezidenti Sadır Japarov sərəncam imzalayıb.
Məlumata görə, matəm günü respublika ərazisində, eləcə də xaricdəki bütün konsulluq binalarında dövlət bayraqları yarıya qədər endiriləcək. Teleradio şirkətlərinə əyləncə proqramlarını ləğv etmək tövsiyə olunub.