Xəbər - Orxan Nəbiyev – Trend:
Qırğızıstanın Batken vilayətində su dambasının uçulması ilə əlaqədar 1 500-ə yaxın sakin təxliyə olunub.
AzerTimes-ın məlumatına görə, vilayətin Kadamjay rayonunda yerləşən bir neçə kəndi su basma təhlükəsi yaranıb.
Sakinlər yaşayış məntəqələrindən təhlükəsiz yerlərə köçürülüb. Hadisə zamanı xəsarət alanların olmadığı deyilir.
Qeyd edək ki, aprelin 29-30-da Batken vilayətində sərhədyanı bölgədə Qırğızıstanla Tacikistan arasında silahlı münaqişə baş vermişdi. Münaqişə nəticəsində hər iki tərəfdən 50-dən çox şəxs həlak olub, 260-dan çox şəxs yaralanıb.