Qırğızıstanda da omikron ştammı aşkar olunub

Xəbər - Orxan Nəbiyev – Trend:

Qırğızıstanda koronavirusun omikron ştammına yoluxma faktları qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin operativ qərargahı bildirib.

Qeyd olunur ki, ştammın müəyyən olunması üçün nümunələr yanvarın əvvəlində götürülüb və təhlil olunub. Nəticədə iki nəfərdə omikron aşkar edilib.

Ümumilikdə ötən gün Qırğızıstanda koronavirusa 465 yeni yoluxma aşkar edilib, 2 nəfər vəfat edib. Bugünədək ölkədə yoluxanların sayı 187 minə yaxın şəxs koronavirusa yoluxub, 2 823 nəfər vəfat edib.