Qırğızıstanda koronavirusdan ölənlərin xatirəsinə 30 iyul milli matəm günü elan olunacaq.
Bu barədə Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov bildirib.
Onun sözlərinə görə, 30 iyul matəm günü elan olunsa da, iyulun 31-də ölkədə Qurban bayramı qeyd ediləcək.
Qeyd edək ki, Qırğızıstandan pandemiyanın başlanğıcından 1249 nəfər ölüb, 32 124 nəfər isə koronavirusa yoluxub. 19 min pasiyent Covid-19-a qalib gəlib.
