Qırğızıstanda 58 nəfər zəhərləndi

Qırğızıstanda 58 nəfər zəhərləndi

Qırğızıstanın Batken vilayətində kafedə bayram şənliyindən sonra 50-dən çox insan zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib.

AzerTimes xəbər verir ki, bu barədə Qırğızıstan Respublikasının Dövlət Sanitariya-Epidemioloji Nəzarət Departamenti məlumat yayıb.

“Şənlikdə 250-dən çox insan iştirak edib, onlardan 58-i qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya müraciət edib. Kütləvi zəhərlənməyə səbəb kafenin mətbəxində sanitar-epidemioloji normalara riayət edilməməsi ola bilər”, – məlumatda bildirilir.

Teqlər: