Qırğızıstan və Tacikistan sərhədində gərginlik yenidən artıb.
AzerTimes xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, bu dəfə gərginliyi yerli sakinlər yaradıb:
“Münaqişənin genişlənməsinin qarşısını almaq üçün Qırğızıstan vətəndaşı ov silahından istifadə edərək havaya 3 dəfə xəbərdarlıq atəşi açıb. Hadisənin baş vermə səbəblərini aydınlaşdırmaq üçün hazırda Qırğızıstan və Tacikistanın Batken və İsfara bölmələri üzrə sərhəd nümayəndələri səviyyəsində görüş keçirilir”.