Qırğızıstan-Tacikistan sərhədində toqquşma: ölənlər var

Qırğızıstan-Tacikistan sərhədində toqquşma: ölənlər var

Tacikistanın Qırğızıstanın sərhəd ərazilərini atəşə tutması nəticəsində bir neçə əsgər və dinc sakin həlak olub.

AzerTimes xəbər verir ki, bu barədə Qırğızıstanın Təhlükəsizlik Şurasının mətbuat katibi Marat İmankulov deyib.

“Təəssüf ki, hərbçilər və dinc sakinlər arasında ölənlər və yaralılar var. Hazırda hesablama aparılır və biz bununla bağlı ictimaiyyətə açıqlama verəcəyik”, – deyə o bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Tacikistan-Qırğızıstan sərhədində genişmiqyaslı döyüşlər başlayıb.

Teqlər: