Qırğızıstan-Tacikistan sərhədində atışma zamanı ölüb Tacikistanın 5 vətəndaşı yaralanıb, biri ölüb. Yaralananlar yerli xəstəxanaya çatdırlıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Tacikistanın ” ASIA-Plus” media-qrupu bildirib.
Bildirilib ki, Qırğızıstan tərəfdən atılan mərminin evinə düşməsi nəticəsində rayonun Somoniyon kənd sakini ölüb:
“Münaqişə zamanı yaralananların sayı beş nəfərə çatıb: iki hərbçi və üç mülki şəxs”.
Yaralananların vəziyyətinin stabil olduğu bildirilib.