Qırğız Respublikası ilə Tacikistanın dövlət sərhədində atışma olub.
AzerTimes xəbər verir ki, bu barədə Qırğızıstan Sərhəd Xidmətindən bildirilib.
Qeyd edək ki, mayın 7-də Özbəkistanın Fərqanə şəhərində Qırğız Respublikası, Özbəkistan və Tacikistan xüsusi xidmət orqanları başçılarının toplantısı olub. Yığıncaqda sərhəd məsələsi də müzakirə olunub.