Qırğızıstanın Tacikistanla sərhəddə yerləşən Sərhəd Xidmətinin bölmələri gücləndirilmiş xidmət rejiminə keçiblər.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Xidmətindən bildiriblər.
Məlumata əsasən, Sərhəd Xidmətinin bölmələrinin gücləndirilmiş xidmət rejiminə keçməsi dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində yaranan gərginliklə əlaqəlidir.
Xatırladaq ki, aprel və may aylarında iki dövlətin hərbi heyətləri arasında sərhəddə silahlı qarşıdurmalar yaşaşıb və nəticədə hər iki tərəfdən onlarla insan ölüb.