Qırğızıstan səfiri Tacikistan XİN-ə çağırıldı: Ciddi ziyan…

Qırğızıstan səfiri Tacikistan XİN-ə çağırıldı: Ciddi ziyan…

Qırğızıstanın Düşənbədəki fövqəladə və səlahiyyətli səfiri Erdan Abdıldayev Tacikistanın Xarici İşlər Nazirliyinə dəvət olunub.

AzerTimes xəbər verir ki, bu barədə Tacikistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Söhbət zamanı Qırğızıstanın yüksək dövlət rəsmisinin sentyabrın 15-də mediaya tacik-qırğız sərhədi məsələlərinə dair açıqlamaları əsasında Tacikistan tərəfində yaranan narahatlıq səfirin diqqətinə çatdırılıb”, – məlumatda deyilir.

Bildirilib ki, bu cür şərhlərin Tacikistan-Qırğızıstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə danışıqlar prosesinin gedişinə, eləcə də qarşılıqlı etimada ciddi ziyan vurur.

Qeyd edək ki, XİN-in məlumatında konkret olaraq hansı bəyanatın və ya hansı Qırğızıstan rəsmisinin nəzərdə tutulduğu göstərilmir.

Teqlər: